27 iyul 2024. Şənbə

Ulduz futbolçu Səudiyyə klubuna 175 milyon avroya keçə bilər


  • Transfer
  • 16:16 23.05.2024
  • Oxunma sayı: 101
Ulduz futbolçu Səudiyyə klubuna 175 milyon avroya keçə bilər

Səudiyyə klubları böyük maliyyə imkanlarından istifadə edərək, böyük oyunçularla müqavilə imzalamağa davam etməkdə qərarlıdır.

90deqiqe.Az "O Jogo"ya istinadən xəbər verir ki, “Əl-Hilal” “Milan”ın ulduz hücumçusu Rafael Leaoya ciddi maraq göstərir. Leaunun atası danışıqlar üçün bu həftə Səudiyyə Ərəbistanına gedəcək.

Portuqaliyalının "Milan"la hazırkı müqaviləsində 175 milyon avroya satın alma maddəsi var. Bu məbləğ "Əl-Hilal" üçün problem olmayacaq.

Bundan əvvəl mətbuatda Səudiyyə Ərəbistanına köçmək variantının 24 yaşlı Leao üçün cəlbedici olmadığı barədə məlumatlar yayılmışdı.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir