- Transfer
- 18:40 23.11.2024
"Bavariya"nın yeni məşqçi təyin etmək səyləri ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
90deqiqe.Az xəbər verir ki, Münhen klubunun idman direktoru Maks Eberl artıq Vinsent Kompani ilə şəxsi görüş keçirib. Tərəflər əməliyyatın şərtləri barədə razılığa gəliblər.
Hazırda "Bavariya" və "Bernli" arasında danışıqlar gedir. Məsələ burasındadır ki, Münhen klubu Kompaniyə görə 10 milyon avro təzminat təklif edir, "Bernli" isə bundan iki dəfə çox - 20 milyon avro tələb edir.
Xatırladaq ki, 2023/2024 mövsümünün sonunda Tomas Tuxel "Bavariya"nın baş məşqçi postunu tərk edib. Münhen mövsümü kuboksuz başa vurub.