16 iyun 2024. Bazar günü

Ançelotti Kepa ilə bağlı qərarını verdi


  • Transfer
  • 17:54 23.05.2024
  • Oxunma sayı: 38
Ançelotti Kepa ilə bağlı qərarını verdi

"Real Madrid"in qapıçısı Kepa Arrizabalaqa cari mövsümün sonunda "Çelsi"yə qayıdacaq.

90deqiqe.Az "Diario AS"a istinadən xəbər verir ki, "Los Blancos"un baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 2023/24 mövsümünün final mərhələsində Kepanı bir neçə dəqiqəliyə buraxacaq.

Bununla da məşqçi həm mövsümə görə qapıçıya təşəkkür etmək, həm də qapıçıya azarkeşləri ilə vidalaşmaq imkanı vermək istəyir.

Xatırladaq ki, “Real” Kepa-nı 2023-cü ilin avqustunda icarəyə götürüb. O, komandanın tərkibində bütün turnirlərdə 19 oyun keçirib, 18 qol buraxıb və səkkiz qapısını təmiz saxlayıb. La Liqanın 38-ci turunun “Real” – “Betis” oyunu mayın 25-də keçiriləcək. Matçın startı Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb.







Transfer