- Transfer
- 18:40 23.11.2024
Hər şey Vinsent Kompaninin "Bavariya"nın yeni baş məşqçisi olacağına doğru gedir.
90deqiqe.Az "Sun"a istinadən xəbər verir ki, Münhen klubu təkcə Kompani ilə razılaşma üzərində deyil, həm də komandanı gücləndirmək üzərində işləyir.
Bundesliqa nəhəngi "Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş üçün təklif göndərməyə hazırlaşır.
Bildiriliir ki, Kompani Qrealışdan xoşlanır - belçikalı məşqçi bu futbolçunu yeni komandasında görmək istəyir.
Cek Qriliş 2022/2023 mövsümündə Mançester Siti üçün əsas oyunçu idi, lakin bu mövsüm Qrealişin mövqeyi azaldı. Transfermarkt-ın 65 milyon avro dəyərində qiymətləndirdiyi 28 yaşlı futbolçu üçün klubu dəyişmək variantı maraqlı ola bilər.