22 aprel 2026. Çərşənbə

Raul özünü Bundesliqada sınamaq istəyir


  • Transfer
  • 22:00 23.05.2024
  • Oxunma sayı: 176
Raul özünü Bundesliqada sınamaq istəyir

"Real Madrid"in keçmiş futbolçusu və ikinci komandasının baş məşqçisi Raul Qonzales yayda klubu tərk etmək istəyir.

90deqiqe.Az "Bild"ə istinadən xəbər verir ki, 46 yaşlı çalışdırıcı artıq Los Blankos rəhbərliyinə komandadan getmək istəyi barədə məlumat verib.

İspaniyalı çalışdırıcı məşqçilik təcrübəsini Almaniya Bundesliqasında tətbiq etmək niyyətindədir. Mütəxəssisin konkret təklifləri olmasa da, ancaq Almaniyada işləmək istəyir. Onu "Bayer Leverkuzen" baş məşqçisi və "Real Madrid"in keçmiş oyunçusu Xabi Alonsonun təcrübəsi cəlb etdiyi bildirilir.

Bu mövsüm Los Blankosun ikinci komandası İspaniya üçüncü divizionunun öz qrupunda 37 oyun keçirib və 51 xal toplayıb. Raulun komandası turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Raul 323 qolla "Real Madrid" tarixində ən çox qol vuran üçüncüdür.







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro