16 iyun 2024. Bazar günü

"Benfika" "Mançester Yunayted"in futbolçusunu birdəfəlik aldı


  • Transfer
  • 22:45 23.05.2024
  • Oxunma sayı: 61
"Benfika" "Mançester Yunayted"in futbolçusunu birdəfəlik aldı

Cari mövsümün ikinci hissəsini icarə əsasında “Benfika”da keçirən “Mançester Yunayted”in müdafiəçisi Alvaro Karreras Fernandes birdəfəlik Portuqaliya komandasına qoşulacaq.

90deqiqe.Az xəbər verir ki,  bu barədə Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

O, "Benfika"nın oyunçunu 6 milyon avroya almaq variantını aktivləşdirdiyini qeyd edib.

Bildirilir ki, “Mançester Yunayted” Fernandesin sonradan “Benfika”ya satılmasının bir faizini alacaq, həm də müdafiəçini geri almaq hüququna malik olacaq.

Xatırladaq ki, 21 yaşlı Alvaro Karreras Fernandes bu ilin əvvəlində “Mançester Yunayted”dən icarə əsasında “Benfika”ya qoşulmuşdu. Altı ay ərzində futbolçu Portuqaliya çempionatında 11 oyun keçirib, bir qol və bir məhsuldar ötürmə edib. Transfermarkt internet portalı müdafiəçinin bazar dəyərini 7 milyon avro olaraq qiymətləndirir.







Transfer

Di Mariya MLS-ə getməyəcək
  • Transfer
  • 15:35 16.06.2024
Di Mariya MLS-ə getməyəcək