22 aprel 2026. Çərşənbə

Motta “Çelsi”ni yox "Yuventus"u çalışdıracaq


  • Transfer
  • 22:54 23.05.2024
  • Oxunma sayı: 171
Motta “Çelsi”ni yox "Yuventus"u çalışdıracaq

Tiaqo Motta tezliklə "Yuventus"un baş məşqçisi təyin olunacaq.

90deqiqe.Az "Transfer News Live"ə istinadən xəbər verir ki, “Çelsi” Mottanı “Yuventus”dan qoparmağa çalışsa da, buna nail ola bilməyib.

Qeyd edək ki, "Çelsi" Maurisio Poçettino ilə yollarını ayırmaq qərarından sonra yeni baş məşqçi axtarışına çıxıb. "Yuventus" da öz növbəsində İtaliya kubokunu qazandıqdan qısa müddət sonra Massimiliano Alleqrini istefaya göndərdiyini açıqlayıb.

Bu gün gənc mütəxəssisin 2023/2024 mövsümünün sonunda "Bolonya"dan ayrılacağı açıqlanıb. Qeyd edək ki, bu mövsüm Motta "Bolonya"ya Çempionlar Liqasına vəsiqə qazandırıb.







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro