16 iyun 2024. Bazar günü

Ronaldo Avropaya qayıda bilər


  • Transfer
  • 09:50 24.05.2024
  • Oxunma sayı: 72
Ronaldo Avropaya qayıda bilər

"Əl-Nəsr"in 39 yaşlı hücumçusu Kriştiano Ronaldo yenidən Avropa futboluna qayıda bilər.

90deqiqe.Az bu barədə Səudiyyə Ərəbisatnına istinadən xəbər verir.

Məlumata görə, Ronaldo ilə Almaniyanın “Bayer Leverkuzen” maraqlanır. Qeyd olunur ki, futbolçunu şəxsən məşqçi Xabi Alonso dəvət etmək istəyir. İspan təcrübəli Ronaldonun Bundesliqa və Çempionlar Liqasında "Bayer"ə kömək edəcəyinə əmindir.

Kriştiano Ronaldo 2023-cü ildə azad agent kimi "Əl-Nəsr"ə keçib. Bu mövsüm Ronaldo bütün turnirlərdə 42 matçda iştirak edib, 42 qol vurub, 12 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.







Transfer

Di Mariya MLS-ə getməyəcək
  • Transfer
  • 15:35 16.06.2024
Di Mariya MLS-ə getməyəcək