4 iyul 2026. Şənbə

Mourinyo bu klubla danışıqlar aparır


  • Transfer
  • 12:51 24.05.2024
  • Oxunma sayı: 182
Mourinyo bu klubla danışıqlar aparır

"Real Madrid"in və "Mançester Yunayted"in keçmiş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanı çempionatında işləyə bilər.

90deqiqe.Az "Talksport"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Əl-Qadisiya" klubunun bossları ilə danışıqlar aparır.

Mourinyonun son iş yeri İtaliyanın “Roma”sı olub. Portuqaliyalı bu ilin yanvarında "canavarlar"ı tərk edib. O vaxtdan bəri işsizdir.

Daha əvvəl mətbuatda Türkiyə çempionatının iki təmsilçisinin Mourinyonun xidmətində maraqlı olduğu haqda xəbərlər yayılmışdı. "Beşiktaş" və "Fənərbaxça" portuqaliyalını transfer etmək istəyir.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır