17 iyun 2024. Bazar ertəsi

"Barselona"nın yeni baş məşqçisi bilindi


  • Transfer
  • 16:10 24.05.2024
  • Oxunma sayı: 59
 "Barselona"nın yeni baş məşqçisi bilindi

İspaniya "Barselona"sının yeni baş məşqçi postu mütəxəssis Hans-Diter Flikə tapşırılıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O, Kataloniya klubunun rəhbərliyi alman mütəxəssisin yeni baş məşqçi postuna gətirilməsi barədə qərarını verdiyini qeyd edib.

Xatırladaq ki, “Barselona” mövsümün sonuna qədər 82 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində ikinci yeri təmin edib. Komanda Primeranın son turunda "Sevilya" ilə qarşılaşacaq.

Flik 2019-2021-ci illərdə "Bavariya"nın baş məşqçisi olub. Bu müddətdə alman nəhəngi onun rəhbərliyi altında Çempionlar Liqası, Avropa Superkuboku, Almaniya kuboku və iki dəfə Almaniya çempionatının qalibi olub. Flikin son iş yeri 2021-2023-cü illərdə çalışdırdığı Almaniya millisi olub.







Transfer

Upamekano "Bavariya"dan ayrılır
  • Transfer
  • 00:02 17.06.2024
Upamekano "Bavariya"dan ayrılır
Di Mariya MLS-ə getməyəcək
  • Transfer
  • 15:35 16.06.2024
Di Mariya MLS-ə getməyəcək