26 iyun 2024. Çərşənbə

De Zerbi "Çelsi"ni çalışdıra bilər


  • Transfer
  • 10:18 25.05.2024
  • Oxunma sayı: 61
De Zerbi "Çelsi"ni çalışdıra bilər

İtaliyalı mütəxəssis Roberto de Zerbi "Çelsi"də işləyə bilər.

90deqiqe.Az "The Telegraph"a istinadən xəbər verir ki, “təqaüdçülər”in rəhbərləri 44 yaşlı mentorun namizədliyini nəzərdən keçirirlər.

De Zerbinin cari mövsümün sonunda "Brayton" postunu tərk edəcəyi daha əvvəl açıqlanmışdı.

Bir neçə gün əvvəl "Çelsi" argentinalı mütəxəssis Maurisio Poçettino istefa verdiyini açıqlamışdı. Bu məşqçinin rəhbərliyi altında London komandası İngiltərə Premyer Liqasının turnir cədvəlini altıncı pillədə başa vurub. Bunun sayəsində mavilər növbəti mövsüm üçün Avrokuboklara vəsiqə qazanıb.







Transfer