17 iyun 2024. Bazar ertəsi

“Fənərbağça” Benzemanı transfer edir?


  • Transfer
  • 17:40 27.05.2024
  • Oxunma sayı: 80
“Fənərbağça” Benzemanı transfer edir?

Türkiyə Super Liqasında mövsümü 99 xalla tamamlayan “Fənərbağça” növbəti mövsüm üçün transfer işlərinə başlayıb.

90deqiqe.Az Türkiyə mediasına istinadən xəbər verir ki, komanda rəhbərliyinin dünyaca məşhur hücumçu Kərim Benzema ilə maraqlandığı və görüş keçirdiyi iddia edilib.

Bildirilib ki, “Fənərbağça”nın prezidenti Ali Koç ötən həftə Yunanıstanın Samos adasında Kərim Benzema ilə şəxsi görüş keçirib.

36 yaşlı ulduzun Səudiyyə Ərəbistanında illik 200 milyon avroya yaxın gəlir əldə etdiyi halda komandadan ayrılmaq istədiyi qeyd edilib.

“Fənərbağça”nın futbolçusu Edin Dzekonun komandadan ayrılma ehtimalının olduğu, bosniyalı hücumçunun yerinə Kərim Benzemanın komandaya transfer olunacağı iddia olunur.

Kərim Benzema bu mövsüm "Əl İttihad"ın heyətində 29 matçda 13 qol vurub, 8 məhsuldar ötürmə edib.







Transfer

"Yuventus"dan "Bavariya"ya
  • Transfer
  • 21:55 17.06.2024
"Yuventus"dan "Bavariya"ya
“Tottenhem”in yeni hədəfi
  • Transfer
  • 15:23 17.06.2024
“Tottenhem”in yeni hədəfi