- Transfer
- 23:59 29.11.2024
"Porto"nun baş məşqçisi Serxio Konseysao Fransada çalışa bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
O, portuqaliyalı mütəxəssisin klubla müqaviləsində gediş bəndini aktivləşdirdiyini və yaxın vaxtlarda bunu açıqlaya biləcəyini qeyd edib. "Marsel" klubu 49 yaşlı çalışdırıcının xidmətində maraqlıdır.
Daha əvvəl mütəxəssisin bu mövsüm başa çatdıqdan sonra İtaliyanın "Milan"ına rəhbərlik etməkdə maraqlı olduğu da iddia olunurdu.
Portuqaliyalı məşqçi 2017-ci ildən "Portu"ya rəhbərlik edir, klubu üç çempionluq tituluna çıxarıb və iki dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib - 2023/2024 mövsümündə 1/8 final və 2021/2022 mövsümündə 1/4 final.