21 sentyabr 2024. Şənbə

Ronaldonun komanda yoldaşı olur


  • Transfer
  • 17:28 28.05.2024
  • Oxunma sayı: 82
Ronaldonun komanda yoldaşı olur

"Liverpul"un qapıçısı Alisson karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

90deqiqe.Az "The Telegraph"a istinadən xəbər verir ki, "Əl-Nəsr" klubu yay transfer pəncərəsi zamanı braziliyalı qolkiperi transfer etmək istəyir. 

Alisson 2018-ci ilin yayından “Liverpul”da çıxış edir. O vaxtdan bəri braziliyalı 263 rəsmi oyuna çıxıb, 236 qol buraxıb və hətta bir dəfə qol vurmağı bacarıb. Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri 31 yaşlı Alissonu 28 milyon avro dəyərində qiymətləndirirlər.

Qeyd edək ki, ulduz hücumçu Kriştiano Ronaldo "Əl-Nəsr"də çıxış edir.







Transfer