21 sentyabr 2024. Şənbə

"Çelsi" yeni baş məşqçi ilə anlaşıb


  • Transfer
  • 17:36 28.05.2024
  • Oxunma sayı: 112
"Çelsi" yeni baş məşqçi ilə anlaşıb

"Çelsi" Enzo Mareskanı baş məşqçi təyin etməyə razılaşıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

O, tərəflərin 5 illik - 2028/2029-cu il mövsümünün sonuna qədər müqavilə barədə razılığa gəldiyini qeyd edib.

Müqavilədə onu daha bir mövsüm uzatmaq variantı yer alacaq.

Qeyd olunur ki, "Çelsi" 44 yaşlı Mareskanın "Stemford Bric"ə keçidi üçün "Lester"ə təzminat ödəyəcək.

Xatırlayaq ki, Mareskanın rəhbərliyi altında “Lester” Çempionatı qazanaraq İngiltərənin yüksək divizionuna qayıdıb. Bundan əvvəl "Çelsi" bir mövsüm işlədikdən sonra Maurisio Poçettinonu baş məşqçi postundan qovulmağa qərar verib.







Transfer