21 sentyabr 2024. Şənbə

"Napoli" Kontenin təyinatından sonra onu da transfer etmək niyyətindədir


  • Transfer
  • 20:52 28.05.2024
  • Oxunma sayı: 84
"Napoli" Kontenin təyinatından sonra onu da transfer etmək niyyətindədir

İtaliyanın "Napoli" klubu Antonio Kontenin komandaya baş məşqçi təyin olunması ilə bağlı danışıqları yekunlaşdırdıqdan sonra heyəti gücləndirmək üçün hərəkətə keçəcək.

90deqiqe.Az “Football Italia”ya istinadən məlumat verir ki, Neapolluların hədəfə aldığı ilk transferlərindən biri "Roma"nın hücumçusu Paulo Dibaladır. 

İtaliyan klubu 54 yaşlı çalışdırıcı ilə 3 illik müqavilə imzalanması gözlənilir.

30 yaşlı argentinalı hücumçunun xarici klublar üçün 12 milyon avro, A Seriya komandaları üçün isə 20 milyon avroluq sərbəst qalma müddəasını özündə əks etdirən “Roma” ilə müqaviləsinin bitməsinə bir ildən bir qədər çox vaxt qalıb.

Xatırladaq ki, bu mövsüm Dibala bütün turnirlərdə 39 matçda iştirak edib və 16 qol vurub, 10 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 25 milyon avrodur.







Transfer