21 sentyabr 2024. Şənbə

Rusiyalı qolkiper PSJ-də


  • Transfer
  • 22:58 28.05.2024
  • Oxunma sayı: 105
Rusiyalı qolkiper PSJ-də

"Krasnodar"ın qapıçısı Matvey Safonov karyerasını PSJ-də davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

O, PSJ və "Krasnodar" arasında müvafiq müqavilə imzalandığını qeyd edib.

25 yaşlı qolkiper ilə 20 milyon avroluq transfer məbləği razılaşdırılıb. Safonovun tibbi müayinələrdən keçdikdən sonra imza atacağı gözlənilir.

Matvey Safonov "Krasnodar"ın yetirməsidir. Bu mövsüm qolkiper “Krasnodar”ın heyətində 30 oyun keçirib, bu oyunda 27 qol buraxıb və 11 dəfə qapını təmiz saxlayıb. Transfermarkt internet portalına görə rusiyalı qolkiperin təxmini dəyəri 18 milyon avrodur.







Transfer