21 sentyabr 2024. Şənbə

Deşam aydınlıq gətirdi: "Bu, məndən asılı deyil"


  • Transfer
  • 07:52 30.05.2024
  • Oxunma sayı: 76
Deşam aydınlıq gətirdi: "Bu, məndən asılı deyil"

Fransa millisinin baş məşqçisi Didye Deşam, Mbappenin "Real Madrid"ə keçidi ilə bağlı sualı cavablandırıb.

90deqiqe.Az "AS" nəşrinə istinadən xəbər verir ki, Fransa millisinin baş məşqçisi bunları deyib:

"Bu, məndən asılı deyil. Bunu rəsmiləşdirmək vaxtı gələndə qərar verəcəklər". 

Daha əvvəl mətbuatda Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappenin cari mövsümün sonunda müqaviləsinin başa çatması ilə əlaqədar Paris klubundan ayrılacağı və azad agent kimi "Real Madrid"ə keçəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Futbolçunun özünün dediyi kimi, bir neçə gün ərzində karyerasını davam etdirəcəyi yeni klub rəsmən açıqlanacaq.

2023/2024 mövsümündə Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 48 matçda 44 qol vurub və 10 məhsuldar ötürmə edib.







Transfer