20 iyun 2024. Cümə axşamı

Mbappenin “Real”a keçəcəyi vaxt açıqlandı


  • Transfer
  • 10:06 30.05.2024
  • Oxunma sayı: 62
Mbappenin “Real”a keçəcəyi vaxt açıqlandı

"Real Madrid" yaxın iki həftə ərzində PSJ-nin hücumçusu Kilian Mbappenin transferini elan edəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında bildirib.

“Real Madrid” rəhbərliyinin planı 25 yaşlı fransalı ilə rəsmi olaraq müqavilə bağlamaq və 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatı başlamazdan əvvəl bunu ictimaiyyətə açıqlamaqdır. İndi "Real" bütün diqqətini iyunun 1-də Dortmund "Borussiya"sı ilə "Uembli" stadionunda (London) keçiriləcək Çempionlar Liqasının finalına cəmləyib”, - o qeyd edib. 

Xatırladaq ki, Mbappe 2024-cü ilin iyun ayının sonunda müqaviləsi başa çatdıqdan sonra Paris klubundan ayrılacağını bildirib. Hücumçunun "Real Madrid"lə 5 illik müqavilə imzalayacağı deyilir. Fransız futbolçu “Real Madrid”də ildə 15 milyon avro alacaq. Bu halda oyunçunun 150 milyon avroluq imza bonusu almaq hüququ var. Bu mövsüm Mbappe 48 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə edib.







Transfer