21 sentyabr 2024. Şənbə

Tomas Tuxel Premyer Liqaya qayıtmaq istəyir


  • Transfer
  • 12:37 30.05.2024
  • Oxunma sayı: 69
Tomas Tuxel Premyer Liqaya qayıtmaq istəyir

"Bavariya"nın keçmiş baş məşqçisi Tomas Tuxel yeni mövsüm başlamazdan əvvəl işə qayıtmaq niyyətindədir. 

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkədəki hesabında bildirib.

Onun sözlərinə görə, alman mütəxəssis yeni komandaya tez bir zamanda rəhbərlik edə bilər. Lakin bunun üçün ona uyğun təklif edilməsi lazımdır. İnsayder bildiirb ki, “Mançester Yunayted” Erik ten Haqı istefaya göndərmək qərarına gəlsə, Tuxel yeni baş məşqçi postu üçün “Mançester Yunayted”in qısa siyahısında olacaq. Tomasın Tuxelin əsas prioriteti Londonun "Çelsi"si ilə Çempionlar Liqasının qalibi olduğu İngiltərə Premyer Liqasına qayıtmaqdır. 

Xatırladaq ki, ötən mövsüm Tuxel “Bavariya” ilə bir dəfə də olsun kubok qazana bilməyib.







Transfer