6 aprel 2026. Bazar ertəsi

“Qarabağ”a qayıdacağım yalandır” – Almeida


  • Transfer
  • 14:59 12.11.2018
  • Oxunma sayı: 962
“Qarabağ”a qayıdacağım yalandır” – Almeida
Milli komandamız və “Astana”nın yarımmüdafiəçisi Richard Almeida “sports.kz” saytına geniş müsahibə verib.

Corner.az-ın məlumatına görə, bir neçə gün öncə “Qarabağ”a qayıdacağı ilə bağlı Braziliya mətbuatında yer alan fikirlərinə mübasibət bildirən futbolçu belə söz demədiyini söyləyib. “Bunlar yalan məlumatlardır. İnanmayın. Braziliyadan olan jurnalistə müsahibə verdim. Dedim ki, nə vaxtsa “Qarabağ”a qayıtmağım mümkündür. Amma bunun yaxın gələcəkdə olacağını söyləməmişəm. Onlar mənim fikirlərimi təhrif ediblər”.

Almeida “Astana”da qalmaq istədiyini açıqlayıb: “Klubla hələ 2 illik müqaviləm var. Sözləşmənin sonuna qədər burada oynamaq istəyirəm”. 

Qeyd edək ki, Almeida mövsümün əvvəlində “Qarabağ”ı “Astana”ya dəyişib.(qol.az)





Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi