- Transfer
- 20:40 10.11.2024
İranlı hücumçu Serdar Azmun mövsümün sonunda "Roma"nı tərk edəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkədəki hesabında bildirib.
O, 29 yaşlı forvardın xidmətində İspaniyanın “Sevilya”sı və İtaliyanın bir sıra klubları maraqlı olduğunu qeyd edib.
Xatırladaq ki, futbolçunun hüquqları "Bayer" klubuna məxsusdur.Ötən mövsüm əvvəllər “Zenit”də çıxış edən Serdan Azmun bütün turnirlərdə 29 oyun keçirib, 3 qol vurub və tərəfdaşları üçün 4 məhsuldar ötürmə edib. İranlı futbolçunun transfer dəyəri 10 milyon avro qiymətləndirilir.