- Transfer
- 18:40 23.11.2024
"İnter"in və argentinalı hücumçu Lautaro Martinez yeni müqavilə ilə bağlı danışıqlarda razılaşa bilmir.
90deqiqe.Az "Corriere Della Sera"ya istinadən xəbər verir ki, İtaliya klubu forvard və onun ətrafının tələblərini qəbul etmək istəmir.
Bildirilir ki, 8,5 milyon avro "İnter"in Martinezə ildə ödəməyə hazır olduğu maksimum maaşdır. Lautaro birinci mövsümdə 12 milyon, ikinci mövsümdə 14 milyon, üçüncü mövsümdə isə 16 milyon avro almaq istəyir.
Ötən mövsüm Martinez "İnter"in heyətində bütün turnirlərdə 44 oyun keçirib, 27 qol vurub və komanda yoldaşlarına 7 məhsuldar ötürmə verib.