21 sentyabr 2024. Şənbə

Di Mariya Messi ilə komanda yoldaşı olur?


  • Transfer
  • 10:27 31.05.2024
  • Oxunma sayı: 65
Di Mariya Messi ilə komanda yoldaşı olur?

Anxel Di Mariya növbəti ildən etibarən karyerasını ABŞ-da, "Inter Mayami"də davam etdirəcək. 

90deqiqe.Az "A Bola"ya istinadən xəbər verir ki, argentinalı cinah oyunçusu Anxel Di Mariya bu yay "Benfikadan" ayrılmağa hazırlaşır. 36 yaşlı futbolçu, uzun müddət millidə komanda yoldaşı olan Lionel Messi ilə yenidən birləşəcəyi "Inter Mayami"yə keçməyə hazırlaşır.

Mənbələrə görə, Di Mariya gələcək planlarını artıq müəyyənləşdirib. 2024-cü ilin son altı ayında "Rosario Sentral"a qayıdacağı gözlənilir. 2025-ci ildə isə Di Mariya kariyerasının son illərini Messi ilə birgə "Inter Mayami"də keçirməyi planlaşdırır.

Bu keçid nəticəsində Di Mariyanın ailəsi bu yay Lissabondan ABŞ-a köçəcək, futbolçu isə gələn ilin əvvəlində onlara qoşulacaq. O, 2025 MLS mövsümünü peşəkar futbol kariyerasının sonuncu ili etməyi nəzərdə tutur.

" Inter Mayami" son bir ildə Lionel Messi, Luis Suárez, Serxio Busqets və Cordi Alba kimi yüksək profilli transferlər sayəsində MLS-də güclü bir komanda halına gəlib. Bu transferlər, komandanı 2024-cü ildə Şərq Konfransının və ümumi sıralamaların zirvəsinə qaldırıb. 







Transfer