22 oktyabr 2024. Çərşənbə axşamı

"Barselona"nı İngiltərə nəhənginə dəyişir


  • Transfer
  • 14:35 31.05.2024
  • Oxunma sayı: 74
"Barselona"nı İngiltərə nəhənginə dəyişir

"Barselona"nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərədə davam etdirə bilər.

90deqiqe.Az "Football Transfers"ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə "Mançester Yunayted" maraqlanır. Fransalı futbolçunun özü də İngiltərə klubunda oynamağa müsbət baxır.

Jules 2022-ci ilin yayından bəri "Blaugrana"da oynayır, müqaviləsi 2026/2027 mövsümünün sonuna qədərdir. Transfermarkt portalı futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir. İspaniya çempionatının başa çatan mövsümündə 25 yaşlı müdafiəçi 35 oyun keçirib. Fransız futbolçu bir qol vurub, iki məhsuldar ötürmə edib və dörd sarı vərəqə alıb.







Transfer