- Transfer
- 18:40 23.11.2024
"Leipsiq" klubunun hücumçusu Benjamin Şeşko karyerasını "Arsenal"da davam etdirəcək.
90deqiqe.Az "The Mirror"a istinadən xəbər verir ki, sloveniyalı futbolçu London klubunun təklifi ilə razılaşıb. "Topçular" bu transfer üçün təxminən 53 milyon avro ödəyəcək.
Sloveniyalının Bundesliqa klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
2023/2024 mövsümündə 20 yaşlı hücumçu bütün turnirlərdə 42 matçda iştirak edib. Benjamin 18 qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt onun dəyərini 50 milyon avro qiymətləndirir.