21 sentyabr 2024. Şənbə

Zinçenko "Bavariya"ya keçir?


  • Transfer
  • 17:08 31.05.2024
  • Oxunma sayı: 66
Zinçenko "Bavariya"ya keçir?

"Arsenal"ın sol cinah müdafiəçisi Aleksandr Zinçenko "Bavariya"ya keçə bilər.

90deqiqe.Az "Mirror"a istinadən xəbər verir ki, Münhen nəhəngi ukraynalı ilə müqavilə imzalamağı düşünür. Zinçenkonun özü də sabiq komanda yoldaşının rəhbərliyi altında oynamağa müsbət yanaşır.

Qeyd edək ki, Vinsent Kompani bu yaxınlarda “Bavariya”nın "sükanı arxasına" gətirilib. Bir vaxtlar belçikalı Zinçenkonun “Mançester Siti”də komanda yoldaşı olub. Bir dəfə ukraynalı, İngiltərəyə köçdükdən sonra Kompaninin ona bir çox cəhətdən necə kömək etdiyini danışdı. Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri 27 yaşlı Zinçenkonu 38 milyon avroya qiymətləndirib. 2023/2024 mövsümündə ukraynalı 35 oyun keçirib, bu oyunda bir qol vurub və tərəfdaşlarına iki məhsuldar ötürmə verib.







Transfer