4 iyul 2026. Şənbə

Jerom Boatenq özünə klub tapdı


  • Transfer
  • 17:32 31.05.2024
  • Oxunma sayı: 153
Jerom Boatenq özünə klub tapdı

Müdafiəçi Jerom Boatenq özünə yeni komanda tapıb.

90deqiqe.Az xəbər verir ki, alman futbolçu Avstriyanın LASK klubunda çıxış edəcək. Bu barədə klubu rəsmi saytı məlumat yayıb.

Məlumatda, 35 yaşlı futbolçu ilə 2026-cı ilin ortalarına qədər iki mövsümlük müqavilə imzaladığını diqqətə çatdırılıb.

2023/2024 mövsümünün ikinci hissəsində Boatenq İtaliyanın "Salernitana" klubunda çıxış edib. Qeyd edək ki, Jerom Boatenq 2014-cü ildə Almaniya millisinin tərkibində dünya çempionu olub. Futbolçu əsasən 2011-2021-ci illərdə "Bavariya"da çıxışı ilə tanınır.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır