4 iyul 2026. Şənbə

Sarri Yunanıstanda çalışa bilər


  • Transfer
  • 17:36 31.05.2024
  • Oxunma sayı: 145
Sarri Yunanıstanda çalışa bilər

Məşhur italiyalı məşqçi Mauritsio Sarri karyerasını Yunanıstanda davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə italyan jurnalist Di Marzio  "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

65 yaşlı mütəxəssis "Panatinaikos"dan təklif alıb.

Hazırda Sarri işsizdir. O, mart ayının ortalarında "Latsio"dan qovulub. Əvvəllər Sarri “Yuventus” və “Çelsi” də daxil olmaqla bir çox yüksək səviyyəli klublarla çalışıb.

Qeyd edək ki, “Panatinaikos” son Yunanıstan çempionatını dördüncü pillədə başa vurub. Sonuncu dəfə “yaşıllar” kifayət qədər uzun müddət əvvəl - 2010-cu ildə ölkə çempionu olmuşdu.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır