20 iyun 2024. Cümə axşamı

Marsial ölkəsinə qayıtmayacaq


  • Transfer
  • 22:31 31.05.2024
  • Oxunma sayı: 58
Marsial ölkəsinə qayıtmayacaq

Fransız hücumçu Antoni Marsial "Marsel"ə keçməyəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Sebastien Denis sosial şəbəkədəki hesabında bildirib.

O, Provans klubunun 28 yaşlı forvard ilə müqavilə imzalamaqda maraqlı olmadığını qeyd edib. 

2023/2024 mövsümünün sonunda futbolçunun “Mançester Yunayted”lə əmək müqaviləsi başa çatıb. Marsial İngiltərə klubunda 317 oyun keçirib, bu oyunda 90 qol vurub və tərəfdaşlarına 47 məhsuldar ötürmə verib.

Qeyd edək ki, "Marsel" Fransa çempionatını səkkizinci pillədə başa vurub. Komanda avrokuboklara vəsiqə qazana bilməyib.







Transfer