- Transfer
- 18:40 23.11.2024
"Çelsi"dən icarəyə götürülmüş "Roma"nın hücumçusu Romelu Lukaku, Antonio Kontenin "Napoli"nin heyətini gücləndirmək üçün prioritet variantlarından biri hesab olunur.
90deqiqe.Az xəbər verir ki, bu haqda jurnalist Santi Auna X sosial şəbəkəsində (keçmiş Twitter) xəbər verib.
O, "Napoli"nin artıq hücumçunun potensial transferi ilə bağlı daxili danışıqlar apardığını qeyd edib.
Daha əvvəl mətbuatda neapolluların Kontenin təyinatı ilə bağlı tam razılığa gəldiyi, müqavilənin 2027-ci ilə qədər olacağı barədə məlumat yayılmışdı.
Bu mövsüm belçikalı hücumçu bütün yarışlarda 47 matçda iştirak edib, 21 qol vurub və 4 məhsuldar ötürmə edib.