27 iyul 2024. Şənbə

"Mançester Yunayted"in oyunçusu “Bavariya”ya keçə bilər


  • Transfer
  • 17:30 02.06.2024
  • Oxunma sayı: 104
"Mançester Yunayted"in oyunçusu “Bavariya”ya keçə bilər

"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş "Bavariya"ya keçə bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "O Jogo" internet nəşri məlumat verib.

Münhen klubunun rəhbərliyi artıq 29 yaşlı futbolçunun agenti ilə əlaqə saxlayıb.

Yarımmüdafiəçi ilə "Barselona"nın da maraqlandığı bildirilir. Hələlik futbolçunun ətrafı ilə heç bir əlaqə qurulmayıb, lakin tezliklə Kataloniya klubu da danışıqlara başlayacağı istisna edilmir.

Xatırladaq ki, portuqaliyalı 2020-ci ildən "Mançester Yunayted"də çıxış edir. Bu müddət ərzində futbolçu bütün turnirlərdə 230 matçda iştirak edib, 79 qol vurub, 64 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir