30 mart 2026. Bazar ertəsi

Naço MLS-ə getməyəcək


  • Transfer
  • 21:30 02.06.2024
  • Oxunma sayı: 166
Naço MLS-ə getməyəcək

"Real Madrid"in müdafiəçisi Naço Fernandes karyerasını MLS-də davam etdirməyəcək.

90deqiqe.Az "Marca"ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçəcək.

Daha əvvəl Naçonun keçmiş komanda yoldaşı Kriştiano Ronaldo ilə danışdığı iddia olunurdu.

Naço bütün karyerasını "Real Madrid"də keçirib. Ötən mövsüm o, bütün turnirlərdə 45 matçda iştirak edib və bir məhsuldar ötürmə edib. Müdafiəçinin klubla müqaviləsi iyunun sonunda başa çatır. 







Transfer