22 oktyabr 2024. Çərşənbə axşamı

"Barselona" Premyer Liqanın ulduz futbolçusu ilə maraqlanır


  • Transfer
  • 22:15 02.06.2024
  • Oxunma sayı: 91
"Barselona" Premyer Liqanın ulduz futbolçusu ilə maraqlanır

"Barselona" komandanı gücləndirmək planlarını nəzərdən keçirir.

90deqiqe.Az "A Bola"ya istinadən xəbər verir ki,  Kataloniya klubu "Mançester Yunayted"dən yarımmüdafiəçi Bruno Fernandeşlə maraqlanır.

Bildirilir ki, “mavi qranatlılar”ın maliyyə çətinliklərini nəzərə alaraq, yay transfer pəncərəsi zamanı belə bir sövdələşməni başa vurmağa çalışacaq.

Nüfuzlu Transfermarkt portalı Bruno Fernandeşi 70 milyon avro qiymətləndirir. Daha əvvəl "Bavariya"nın 29 yaşlı portuqaliyalını transfer etmək üçün addımlar atdığı haqda məlumat yayılmışdı. 2023/2024 mövsümündə Fernandes 48 rəsmi oyunda 15 qol vurub və 13 məhsuldar ötürmə edib.







Transfer