21 sentyabr 2024. Şənbə

"Çelsi"nin yeni baş məşqçisinin adı AÇIQLANDI


  • Transfer
  • 10:55 03.06.2024
  • Oxunma sayı: 83
"Çelsi"nin yeni baş məşqçisinin adı AÇIQLANDI

“Çelsi” klubu bu gün komandanın yeni baş məşqçisinin adını açıqlayacaq. 

90deqiqe.Az xəbər verir ki, insayder Fabrizio Romanonun "X" hesabındakı paylaşıma görə, komandanın yeni baş məşqiçisi “Lester Siti”nin rəhbəri Enzo Mareska olacaq.

Bildirilib ki, italiyalı mütəxəssislə 2029-cu ilə qədər müqavilə imzalanıb.

Premyer Liqanın son mövsümünün yekununda londonlular 63 xal toplayaraq altıncı yeri tutublar.

Mareskanın rəhbərliyi altında "Lester" isə 97 xal toplayıb və aşağı liqaya düşəndən bir il sonra İngiltərə Premyer Liqasına qayıdıb.







Transfer