- Transfer
- 00:12 29.11.2024
Rusiyalı məşqçi Stanislav Çerçesov yaxın vaxtlarda Qazaxıstan millisi ilə müqavilə imzalayacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Metaratings” məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl Çerçesova “2+1” sxemi üzrə müqavilə təklif edildiyi bildirilirdi.
60 yaşlı rusiyalı mütəxəssisin son iş yeri 2023-cü ilin iyulunda tərk etdiyi Macarıstanın "Ferençvaros" klubu olub. Stanislav Çerçesov bundan əvvəl Rusiya millisinə rəhbərlik edib. O həmçinin Polşanın “Legiya”, Moskvanın “Dinamo”, “Amkar”, “Terek” (indiki “Axmat”), “Soçi Jemçujina” və “Spartak” klublarında çalışıb.
Xatırladaq ki, 2022-2024-cü illərdə Qazaxıstan millisinə Maqomed Adiyev rəhbərlik edib. Bu ilin mayında isə rusiyalı mütəxəssis Qazaxıstan millisindən istefa verdiyini açıqlayıb.
Əlavə edək ki, Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesovun Azərbaycan millisinə rəhbərlik edəcəyi ilə bağlı məlumatlar yayılmışdı.