27 iyul 2024. Şənbə

Zaniolo La Liqa klubuna keçə bilər


  • Transfer
  • 17:29 03.06.2024
  • Oxunma sayı: 72
Zaniolo La Liqa klubuna keçə bilər

İtaliyalı yarımmüdafiəçi Nikolo Zaniolo İspaniyada çıxış edə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Matteo Moretto "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

O, "Vilyarreal"ın 24 yaşlı futbolçunu transfer etmək üçün "Qalatasaray"la danışıqlara başladığını qeyd edib.

Bildiyiniz kimi, 2023/2024 mövsümündə Zaniolo icarə əsasında İngiltərədə "Aston Villa"da çıxış edib. İtalyan futbolçunun hüquqları "Qalatasaray"a məxsusdur. Nüfuzlu Transfermarkt portalının mütəxəssisləri Nikolo Zaniolonu 20 milyon avro qiymətləndirirlər.

Qeyd edək ki, “Vilyarreal” son İspaniya çempionatını səkkizinci pillədə başa vurub. "Sualtı qayıqlar" avrokuboklara vəsiqə qazana bilməyib.







Transfer

Antuan Qrizmann MLS-ə üz tutur
  • Transfer
  • 13:17 27.07.2024
Antuan Qrizmann MLS-ə üz tutur