- Transfer
- 19:12 13.12.2025
"Mançester Yunayted"in sabiq qapıçısı David de Xea "Əl-Nəsr"ə keçə bilər.
90deqiqe.Az "TBBFootball"a istinadən xəbər verir ki, Səudiyyə təmsilçisi komandanın qapıçısı David Ospinanın bu yay komandanı tərk edəcəyi ehtimalı olduğundan ispan qolkiperi onunla əvəzləmək niyyətindədir.
Bu istəyi məhz portuqaliyalı superulduzun rəhbərliyə təklifindən qaynaqlanıb. Səudiyyə Ərəbistanı klubu 32 yaşlı oyunçunu müqavilə imzalamağa razı salmaq üçün əlindən gələni edir.
David de Xea 2023-cü ilin iyulunda "Mançester Yunayted"dən ayrıldıqdan sonra azad agent olaraq qalır. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 5 milyon avrodur.