20 iyun 2024. Cümə axşamı

Lenqlet Səudiyyə Ərəbistanına köçməkdən imtina edib


  • Transfer
  • 17:08 04.06.2024
  • Oxunma sayı: 57
Lenqlet Səudiyyə Ərəbistanına köçməkdən imtina edib

"Barselona"nın mərkəz müdafiəçisi Klement Lenqlet Səudiyyə Ərəbistanına keçməkdən imtina edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Luiza Roxo "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

O, fransalı oyunçunun Avropada çıxışını davam etdirmək niyyətində olduğunu qeyd edib.

Xatırladaq ki, ötən mövsüm Lenql start heyətində stabil oyunçuya çevrilmədiyi “Aston Villa”da sağ cinahda çıxış edib. "Barselona" mərkəz müdafiəçisi ilə hesablaşmır, ona görə də Klement yaxın bir neçə ay ərzində özünə yeni klub tapmalı olacaq. 28 yaşlı Lenqlet 2018-ci ildə "Sevilya"dan "Barselona"ya keçib. Transfermarkt fransalı müdafiəçini 10 milyon avro qiymətləndirir.







Transfer