14 dekabr 2025. Bazar günü

Sarri "Panatinaikos"un təklifinə cavab verib


  • Transfer
  • 11:13 05.06.2024
  • Oxunma sayı: 145
Sarri "Panatinaikos"un təklifinə cavab verib

Məşhur italiyalı mütəxəssis Mauritsio Sarri Yunanıstanın "Panatinaikos" klubuna başçılıq etmək təklifindən imtina edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Canluka di Marzio "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

Məşqçinin əvvəlki iş yeri 2021-ci ildən 2024-cü ilə qədər rəhbərlik etdiyi "Latsio" olub. Bundan əvvəl o, "Verona", "Empoli", "Napoli", "Yuventus" və "Çelsi" klublarında da çalışıb.

Xatırladaq ki, ötən mövsümü “Panatinaikos” Yunanıstan çempionatının turnir cədvəlini dördüncü pillədə başa vurmuşdu. PAOK qızıl medal qazanıb. Qeyd edək ki, “Panatinaikos” Yunanıstanın ən titullu futbol klubudur.







Transfer

Murillo bu klubların hədəfində
  • Transfer
  • 23:59 11.12.2025
Murillo bu klubların hədəfində