27 iyul 2024. Şənbə

Ronaldo De Xeanı yanına çağırır


  • Transfer
  • 11:42 05.06.2024
  • Oxunma sayı: 55
Ronaldo De Xeanı yanına çağırır

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo komandasına yeni qapıçı seçib.

90deqiqe.Az “TBR Football”a istinadən məlumat verir ki, 39 yaşlı portuqaliyalı hücumçu ulduz ispaniyalı David de Xeanı Səudiyyə klubuna dəvət etmək istəyir. Kriştiano bu barədə “Əl-Nəsr”in rəhbərliyi ilə danışıb. Ronaldo hesab edir ki, De Xea klub üçün əla transfer olacaq.

Hazırda David azad agent statusundadır. Onun son iş yeri İngiltərənin "Mançester Yunayted"i olub. Qapıçı ötən yay mankunianları tərk edib və hələ də başqa klub tapmayıb.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir