- Transfer
- 18:40 23.11.2024
"Mançester Yunayted" 2024-25 mövsümü üçün klubda saxlanılanların siyahısını açıqladıqdan sonra yeddi futbolçu ilə yolların ayrıldığını təsdiqləyib. Əlavə olaraq, Old Traffordda baş məşqçi Erik ten Haqın gələcəyi ilə bağlı qeyri-müəyyənliklər də davam edir.
90deqiqe.Az "Daily mail"ə istinadən xəbər verir ki, müqavilələrinin bitməsi səbəbindən klubdan ayrılacağı gözlənilən bir neçə futbolçunun gedişi dəqiq idi. Artıq məlumdur ki, keçmiş "Real Madrid" ulduzu Rafael Varan və onun fransalı həmyerlisi Antoni Marsiyal klubu tərk edəcəklər.
Onlara beş digər futbolçu da qoşulub, diqqətəlayiq adlar arasında Brandon Uilyams və U-21 futbolçu-məşqçisi Tom Hadlstoun da var. Rafael Varan müqaviləsinin sonunda klubu tərk edən yeddi futbolçudan biridir. Antoni Marsiyal Old Traffordda doqquz illik karyerasını başa vuraraq, Brandon Uilyams isə Ole Qunnar Sulşer-in baş məşqçi olduğu dövrdə 51 oyun keçirdiyi klubu tərk edir. "Mançester Yunayted"in FA Kubokunu qazanmasına baxmayaraq Erik ten Haqın gələcəyi hələ də məlum deyil. Klub, həmçinin, Çarli MakNill, Markus Lorens və Ki Plamlinin də hazırkı müqavilələrinin sonunda klubu tərk edəcəklərini təsdiqləyib.
Eyni zamanda, dörd futbolçu ilə, o cümlədən, veteranlar Conni Evans və Tom Hiton müqavilə müddətinin uzadılması üçün danışıqlar davam edir. "Mançester Yunayted" həmçinin, Şola Şoretyrenin klubda qalmasını təmin etməyə çalışır, Omari Forson isə son təkliflərini rədd edib.