- Transfer
- 23:53 01.11.2024
"Portu" portuqaliyalı vinger Fransisko Konseysaonun hüquqlarını "Ayaks"dan alıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə Amsterdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, 21 yaşlı futbolçu ötən mövsümü icarə əsasında “Portu”da keçirib. Konseysao son mövsümdə 43 oyuna çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə verib. Nüfuzlu “Transfermarkt” portalının məlumatına görə, “Portu” Konseysao üçün “Ayaks”a on milyon avro ödəyib. Maraqlıdır ki, iki il əvvəl “Ayaks” Konseysaonu “Portu”dan beş milyon avroya alıb. Cinah müdafiəçisinin portuqaliyalı ilə yeni əmək müqaviləsi 2029-cu ilə qədərdir.