20 iyun 2024. Cümə axşamı

"Mançester Siti"ni PSJ-yə dəyişir


  • Transfer
  • 23:59 05.06.2024
  • Oxunma sayı: 55
"Mançester Siti"ni PSJ-yə dəyişir

"Mançester Siti"nin hücumçusu Xulian Alvares karyerasını PSJ-də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

O, Paris klubunun  artıq argentinalı forvardın mümkün transferi ilə bağlı danışıqlar apardığını qeyd edib.

 24 yaşlı oyunçu "şəhərlilər"in hücumunun mərkəzində öz mövqeyində tez-tez oynamadığı üçün bunun onu klubu dəyişmək barədə düşünməyə vadar edə bilər.

Transfermarkt portalının məlumatına görə, Xulian Alvaresin dəyəri 90 milyon avrodur. Son mövsümdə dünya çempionu Pep Qvardiolanın heyətində 54 oyunda 19 qol vurub və 13 məhsuldar ötürmə edib.







Transfer