27 iyul 2024. Şənbə

Naço Ronaldo ilə komanda yoldaşı olur


  • Transfer
  • 12:38 06.06.2024
  • Oxunma sayı: 72
Naço Ronaldo ilə komanda yoldaşı olur

"Real Madrid"in müdafiəçisi Naço Fernandes Səudiyyə Ərəbistanı çempionatında oynaya bilər.

90deqiqe.Az-ın məlumatına görə, Bu barədə "Relevo" məlumat yayıb.

Mənbənin məlumatına görə, Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" klubu 34 yaşlı futbolçu  ilə müqavilə bağlamaqda maraqlıdır. Səudiyyə klubunun yeni idman direktoru Fernando Yerro yay transfer pəncərəsində ispan futbolçu ilə anlaşmağa çalışacaq

Naço 2012-ci ildən Madrid nəhəngində çıxış edir. Tərəflər arasında əmək müqaviləsi iyunun sonunda başa çatır. Transfermarkt portalı müdafiəçinin dəyərini 4 milyon avro qiymətləndirir.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir