- Transfer
- 18:40 23.11.2024
"Yuventus"un oyunçusu Federiko Kyeza yay transfer pəncərəsində komandanı tərk edə bilər.
90deqiqe.Az "Calcio Mercato"ya istinadən məlumat verir ki, “Roma” futbolçunun bir ildən sonra azad agent ola biləcəyini nəzərə alaraq, Kyeza üçün tələb olunan 40 milyon avronu ödəməyə hazır deyil.
Federiko özü də "Yuventus"un yeni müqavilə təklifindən narazıdır və özünü lazımınca qiymətləndirmir.
“Roma”nın baş məşqçisi Daniele de Rossi bu futbolçunu komandasında görmək istəyir. Gələn həftə paytaxt klubu 26 yaşlı futbolçunun agenti ilə danışıqlara başlayacaq.
2023/2024 mövsümündə Federiko Kyeza 37 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə verib.