20 iyun 2024. Cümə axşamı

"Çelsi" "Mançester Siti"nin oyunçusu ilə maraqlanır


  • Transfer
  • 11:42 07.06.2024
  • Oxunma sayı: 55
"Çelsi" "Mançester Siti"nin oyunçusu ilə maraqlanır

"Mançester Siti"nin hücumçusu Xulian Alvares karyerasını "Çelsi"də davam etdirə bilər.  

90deqiqe.Az xəbər verir ki, bu haqda "TyC Sports" məlumat yayıb. Mənbənin məlumatına görə,"zadəganlar"  argentinalının transfer etmək imkanını nəzərdən keçirir. London klubu yaxın günlərdə argentinalı üçün təklif göndərməyi planlaşdırır.

Daha əvvəl mətbuatda Argentina millisinin futbolçusu ilə Fransanın PSJ, eləcə də İspaniyanın “Barselona” və “Atletiko Madrid” klublarının maraqlanması haqda məlumat yayılıb. 

Xatırladaq ki, ötən mövsüm Alvares bütün turnirlərdə 54 matçda iştirak edib, 19 qol vurub, 13 məhsuldar ötürmə edib.  Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.







Transfer