20 iyun 2024. Cümə axşamı

Zaniolonun yeni klubu bəlli oldu


  • Transfer
  • 16:39 07.06.2024
  • Oxunma sayı: 52
Zaniolonun yeni klubu bəlli oldu

"Qalatasaray"ın  yarımmüdafiəçisi Nikolo Zaniolo karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Canluka di Marzio "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

O, “Vilyarreal”ın 24 yaşlı futbolçunun transferi üçün bütün şərtləri praktiki olaraq razılaşdırdığını qeyd edib.

Ötən mövsüm italiyalı yarımmüdafiəçi "Aston Villa"da icarə əsasında çıxış edib. O, komandanın tərkibində bütün turnirlərdə 39 matçda iştirak edib və üç qol vurub. Zaniolonun "Qalatasaray"la müqaviləsi 2027-ci ilə qədərdir. Nüfuzlu Transfermarkt internet portalının mütəxəssisləri futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.







Transfer