- Transfer
- 01:36 15.08.2026
2020-ci ildən ABŞ-ın MLS liqasında mübarizə aparacaq “İnter Mayami” klubu ilk transferlərini reallaşdırıb.
Corner.az xəbər verir ki, İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin prezidenti olduğu klub “Estudiantes”dən Matias Pelleqrinini və “Banfild”dən Xulian Karransanı həyətinə qatıb. Bu barədə klubun rəsmi “tvitter” səhifəsi məlumat yayıb.
“İnter Mayami” 2020-ci ildən MLS-də mübarizə aparacağı üçün hər iki futbolçu əvvəlki klublarına 1 illik icarəyə göndərilib.
ABŞ təmsilçisi Pelleqrini üçün 8,1 milyon, Karransa üçün isə 5,4 milyon avro ödəyib.