20 iyun 2024. Cümə axşamı

Terziç Premyer Liqa klublarının hədəfində


  • Transfer
  • 21:43 07.06.2024
  • Oxunma sayı: 56
Terziç  Premyer Liqa klublarının hədəfində

Dortmund "Borussiya"sının baş məşqçisi Edin Terziç İngiltərə Premyer Liqasının bir neçə klubu ilə maraqlanır.

90deqiqe.Az-ın "Bild"ə istinadən verdiyi məlumata görə, 41 yaşlı mütəxəssis "Mançester Yunayted" və "Lester"in radarındadır. Sözügedən klublar Terziç üçün yaxın vaxtlarda danışıqlara başlayacaq.

Terziçin Dortmundla hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Xatırladaq ki, 2023/2024-cü il mövsümündə "Borussiya" Bundesliqada beşinci yeri tutaraq Çempionlar Liqasının finalına yüksəlib və burada "Real"a uduzub (0:2).







Transfer